Xalq artisti Aygün Kazımovanın Almaniyada hotel açması barədə informasiya yayılıb. Bildirilib ki, sənətçi 2 il bundan əvvəl ona hədiyyə olunan villanı butik hotel edir və həmin məkan “Aygün” adı ilə fəaliyyət göstərəcək.
“Qafqazinfo” mövzu barədə A. Kazımova ilə əlaqə saxlayıb. Sənətçinin Mətbuat xidməti məlumatı təkzib edib, belə bir məkanın olmadığını söyləyib.
Qeyd edək ki, xəbəri News24.az saytı yayıb.