“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib.
Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib:
"Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".
Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb.