Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, təltif olunanlar arasında Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də var. O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bundan başqa, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu da eyni ordenlə təltif edilib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin də adı təltif olunanlar siyahısındadır. Diplomat 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.