Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toyudur.
“Qafqazinfo” xəbər verir ki, “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edir.
Toya müğənni qismində dəvət olunanlar arasında Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan da var. Bundan başqa, Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alanlar sırasındadır. Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyevadır.
Qeyd edək ki, SOCAR prezidenti deputat Qənirə Paşayeva ilə qohum olur. Belə ki, Rəşad Abdullayev deputatın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənir.