Məşhur modelyer, “A Glamour” moda evinin rəhbəri Afaq İsmayılzadə həyat yoldaşı ilə boşanıb.
Minval.info Axşam.az-a istinadən xəbər verir ki, boşanma prosesi bir müddət öncə qalmaqallı şəkildə baş verib. Bildirilir ki, həyat yoldaşı karyerasının ilk illərində modelyerin ən böyük dəstəkçilərindən biri olub və onun uğurlu fəaliyyəti üçün daim öz yardımını göstərib. Zaman keçdikcə modelyerlə əri arasında narazılıqlar yaşanmağa başlayıb və bu narazılıq o həddə çatıb ki, əri Afaq İsmayılzadə ilə ayrılmaq qərarına gəlib.
Boşanma prosesinin səbəbləri ilə bağlı hələlik tam dəqiqləşdirə bilmədiyimiz bir neçə versiyalar səsləndirilir. Bununla belə, qeyd olunur ki, boşanmaya səbəb o qədər güclü olub ki, cütlük şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin xəsarət alması ilə nəticələnib.
Qeyd edək ki, Afaq İsmayılzadə mətbuata açıqlamasında həyat yoldaşı ilə bağlı çox danışmasa da, onun polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi.
Xatırladaq ki, Afaq İsmayılzadə vaxtı ilə “Qafqazinfo”ya verdiyi müsahibəsində iki qızının, bir oğlunun olduğunu qeyd etmişdi.