Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqlarına əlavənin müddəti uzadılıb.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına əlavənin verilməsinin müddəti gələn il aprelin 1-dək uzadılıb.
Qeyd edək ki, daha əvvəl bu müddət 2024-cü il yanvarın 1-dək uzadılmışdı.