Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.
Xatırladaq ki, daha öncə avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.