Türkiyə lirəsi ABŞ dollarına qarşı dəyər qazanıb.
Axar.az xəbər verir ki, 1 dollar ucuzlaşaraq 26,77 lirə olub.
Qeyd edək ki, ötən gün 1 dollar 27,19 lirə idi.
Əlavə edək ki, bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. İclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldırılıb.