Mərkəzi Bank “Günay Bank” ASC-nin məcmu kapitalının həcminin azlığı ilə əlaqədar lisenziyasının ləğv olunması barədə qərar verib.

Bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir:

“Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq, depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşa məxsusdur. Yəni bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub”.

Millət vəkilinin sözlərinə görə, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək əmanətləri sığortalanır:

“Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır”.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır