Bu gündən Bakıda fəaliyyət göstərən taksi şirkətləri qiymətləri sabitləşdirib.
Axar.az xəbər verir ki, artıq taksi şirkətləri bu gün səhər saatlarından başlayaraq, ənənəvi qiymətləri tətbiq edirlər.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı Bakının mərkəzi hissəsində bəzi yolların bağlanması, eyni zamanda, yarışa baxmaq üçün 30 mindən çox əcnəbi turistin ölkəyə gəlməsi səbəbindən taksi xidmətlərinə tələbatın artmasına görə son bir həftədə taksi şirkətləri qiymətləri 60-80% civarında qaldırmışdı.
Bu gün 08:00-dan etibarən Formula-1 yarışlarına görə bağlanan bütün yollar açılıb.