Azərbaycanda kişilər qadınlardan orta hesabla 35,2% çox qazanır.

 

Axar.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl və Avropa Birliyinin (AB) yerli nümayəndəliyinin rəhbəri Peter Mixalkonun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı birgə yaydığı bəyanatda bildirilib.

Sənədə əsasən, bu, Avropa və Mərkəzi Asiyada qeydə alınmış ən kəskin fərqlərdən biridir.

“Azərbaycanın əmək bazarında kişilərin və qadınların məşğulluq göstəricilərini mütləq nisbətdə müqayisə etdikdə kiçik gender boşluqları olsa da, onların harada və nə işlə məşğul olmaları arasında kəskin fərq var. Qadınlar daha az maaşlı sahələrdə məsələn, səhiyyə və təhsildə işləməyə meyllidir, kişilər isə nəqliyyat və anbar xidmətləri, enerji və yaxud tikinti kimi daha yüksək maaşlı sahələrdə üstünlük təşkil edirlər”, - bəyanatda qeyd olunub.

Səfirlər hesab edir ki, hüquqi məhdudiyyətlərlə daha da dərinləşən bu iş yeri seqreqasiyası Azərbaycanda gender maaşlarının yüksək fərqinə səbəb olur:

“Son vaxtlara qədər Azərbaycanda qadınların iqtisadiyyatın bir çox sahələrində – nəqliyyatdan energetikaya, kənd təsərrüfatına kimi 674 işdə işləməsinə icazə verilməyib.

Məsələn, qadınlar nə asfalt çəkə, nə qatar mühəndisi işləyə, nə də 14 oturacaqdan çox şəhər avtobusunu idarə edə bilməyiblər. Qadınlara yeraltı işlərdə işləmək, potensial təhlükəli işlərə və ağır fiziki əməyə cəlb olunmaq üçün qanunla qadağan edilmişdi. Keçmiş Sovet İttifaqından miras qalmış bu məhdudiyyətlər, ehtimal ki, qadınların sağlamlığını qorumaq məqsədi daşıyırdı, lakin hər bir iş riskin qiymətləndirilməsinə əsaslanmamalıdır. Üstəlik, son onilliklərdə texnologiyadakı irəliləyişlər, işin təbiətindəki və peşə sağlamlığı şəraitindəki dəyişikliklər nəzərə alınmalıdır.

2022-ci ilin noyabrında Azərbaycan qadınların məşğulluğuna qoyulan bu iş məhdudiyyətlərini ləğv etdi, Dünya Bankı ilə birlikdə bu rolların qadınların sağlamlığı üçün heç bir xüsusi təhlükə yaratmadığını nümayiş etdirdi. Geniş miqyaslı məhdudiyyətlər əvəzinə, yeni qaydalar müəyyən işlərə sağlamlıq riskinə əsaslanan yanaşmanı qəbul edir. Bu müsbət inkişaf bütövlükdə iqtisadiyyata və cəmiyyətə fayda verəcək, təkcə qadınlara deyil, hamıya qazanc gətirə bilər”.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır