Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni "Cash Center" nağd pul mərkəzini yaradılmasını planlaşdırır.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.
O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: "Yeni yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq".