Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda pensiyaların verilməsi gecikir.
Axar.az xəbər verir ki, adətən hər ayın 8-də Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisi üzrə pensiyalar ödənilsə də, bu ay sözügedən tarixdə ödəniş həyata keçirilməyib.
Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, yanvar ayı üçün də pensiyalar ənənəvi vaxtdan 5 gün gec – 13 yanvarda ödənilmişdi.