Mal ətinin 15-16 manat, quzu ətinin isə 20 manata satıldığı xəbərləri yayılıb.
Yayılan xəbərlərdə qiymət artımının səbəbi bayramla əlaqədər tələbatın çox olması göstərilir. Qeyd edilir ki, xüsusilə son günlər qıtlıq olduğundan satıcılar qiyməti artırıb.
Bu məlumatlar əsasında paytaxtda ət satışını həyata keçirən bir neçə qəssabxanaya getdik.
Qəssablar da bu xəbəri eşitdiklərini bildirdilər. Onlar yayılan xəbərlərin yalan olduğunu, qiymətlərin yüksəlmədiyini bildirdilər.
Satıclar deyirlər ki, mal əti 13 manata, quzu əti isə 15-16 manata satılır.
Çəkiliş zamanı alıcıların da bu xəbəri eşitdiklərini, qiymətlərlə maraqlanmaq üçün ət kəsimi məntəqələrinə gəldiklərini gördük.
Satıcılar əlavə etdilər ki, ətin qiymətinin yaxın vaxtlarda bahalaşacağı gözlənilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: