Araşdırmalar nəticəsində 32 mindən çox şəxsə artıq ödəmə verildiyi müəyyən olunub.
Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Rəqəmlərin artması istisna edilmir. 2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam bərpa olunub", - H.Məmişov qeyd edib.