Balıq satışı məntəqələrində bəzi balıq növlərinə rast gəlmək müşkülə çevrilib.
Satıcılar bunu dənizdə balıq ehtiyatlarının azalması ilə əlaqələndirirlər.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov bildirib ki, 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsi enməkdədir. Bu isə kütüm və həmin qrupa aid olan digər balıqların kürü tökməsinə problem yaradır.
Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə başqa məqama diqqət çəkib. Onun sözlərinə görə, ucuz sintetik torlardan istifadə edənlərə qarşı həyata keçirilən tədbirlər nəticəsidə belə bir mənzərə yaranıb.
Əfqan Əliyev deyib ki, indi balıqçılara kəndir torlardan istifadə etməyə icazə verilir. Bu torlar isə sintetik torlardan qat-qat bahadır. Bu səbəbdən balıqçılar kəndir torlardan istifadədə maraqlı deyillər. Ona görə də bazarlarda bəzi balıq növlərinin satışında ciddi azalma var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: