Gənc ailələrin güzəştli şərtlərlə ev almaq imkanı artacaq.
Prezident İlham Əliyevin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 798 milyon manatdan 893 milyon manata çatdırılıb.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, bu qərar güzəştli şərtlərlə təklif edilən ipoteka kreditlərinin həcminin artmasına səbəb olacaq.
Bununla da güzəştli şərtlərlə ipoteka kreditindən yararlanacaq şəxslərin əhatə dairəsini genişləncək.
Millət vəkili qeyd edib ki, yeni qərar gənc ailələrin mənzil probleminin həll olunmasına töhfə verə bilər. Vüqar Bayramov bildirib ki, gələn aydan etibarən müvəkkil banklar tərəfindən daha çox güzəştli kreditlərin təklif olunması gözlənilir.
Onun sözlərinə görə, 2023-cü ildə gənc ailələrin güzəştli kreditlərdən istifadə etməklə mənzil şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdən biri olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: