Bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri üçün əla fürsət!

Nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd Toyota Corolla avtomobili, 10 ədəd MacBook Air və ya 10 ədəd iPhone 14 Pro smartfonu qazanmaq olar. Yetər ki, 5 yanvar 2023-cü ilədək bütün ödənişlərinizi taksit və ya debet Birbank kartları ilə həyata keçirəsiniz.

Axar.az xəbər verir ki, istənilən Birbank kart sahibi 10 AZN və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanır. Amma bu da son deyil. Birbank rəqəmsal bankında və Umico Marketplace-də edilən 10 AZN və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırır.

Əgər müştərinin bir neçə Birbank kartı varsa, hər kart üzrə edilən uğurlu əməliyyatlar sahibinə iştirak şansı qazandıracaq. Qaliblər yanvarın sonunda canlı yayımda müəyyən ediləcək. Hər müştəri bir Birbank kartı ilə yalnız 1 dəfə qalib gələ bilər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün – https://bir.bank/bblotpr.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır