Bəzi qüvvələrin əməli nəticəsində pensiyaların indeksiyası ilə bağlı islahat xalqa səhv təqdim edilir və sadə vətəndaş yanlış məlumatlarla aldadılır.

 

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İnkişafına görə Azərbaycanın regionun lider dövləti olduğunu bildirən deputat əlavə edib ki, bu inkişaf heç də asanlıqla əldə edilməyib:

“Bu inkişafın, əldə edilən uğurların arxasında atılan məqsədyönlü addımlar, reallaşdırılan dövlət siyasəti dayanır. Heç şübhəsiz əldə edilən uğurlarda Azərbaycanda bütün sahələrdə reallaşdırılan islahatların da mühüm rolu var. Çünki hər bir islahat yenilik, yeni uğura və irəliyə doğru atılan daha bir addım deməkdir”.

Deputat Azərbaycanda rellaşdırılan islahatlardan danışarkən ilk növbədə sosial islahatları vurğulamaq lazım olduğunu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbrəliyi ilə reallaşdırılan və davamlı xarakter daşıyan bu islahatlar hər bir vətəndaşımızın sosial rifah halının daha da yaxşılaşmasına təkan verir:

“Heç şübhəsiz bu sırada vaxtaşırı yeniliklər edilən pensiyalar da var. Bəlli olduğu kimi, ölkədə həyata keçirilən siyasətin qanunvericilik bazasının daha da təkmil olması, həmçinin vətəndaşların rifah halının daha da güclənməsi üçün Milli Məclis də davamlı olaraq müvafiq addımlar atır. Məhz Milli Məclisin bugünkü iclasının da diqqət mərkəzində olacağı birmənalıdır”.

Deputat deyib ki, Milli Məclisdə bu gün pensiyaçıların sosial rifahını daha da yaxşılaşdıracaq qanun layihəsinin müzakirəsi baş tutacaq:

“Lakin onu da bildirməyi özümə borc bilirəm ki, bu layihə ilə bağlı ictimai rəydə birmənalı fikir yoxdur. Bu da səbəbsiz deyil. Çünki bizdə bəlli bir kəsim var ki, onların yeganə işi bu cür taleyüklü məsələlər olanda cəmiyyəti yanlış məlumatlandırmaq, gərginlik yaratmağa çalışmaqdır. Həmin qüvvə bu dəfə də öz ənənəsinə sadiqdir. Məhz həmin qüvvənin əməli nəticəsində pensiyaların indeksiyası ilə bağlı islahat da xalqa səhv təqdim edilir. Belə olan təqdridə isə sadə vətəndaş yanlış məlumatlarla aldadılır. Sual oluna bilər ki, bu pensiyaların indeksləşdirilməsi nədir və bu addımı atmaq hansı zərurətdən irəli gəlib? Cavab olaraq bildirim ki, bəzən bu prosesin pensiyaçılara ziyanı yox, əksinə xeyri olacaq. Belə deyək ki, əgər hazırda həkim işləyənlərin əməkhaqqı artacaqsa, o zaman bu öz müsbət təsirini təqaüdə çıxmış həkimlərin pensiyasında da göstərəcək”.

“Təbii ki, mən həkimləri nümunə olaraq çəkdim. Bu hal eyni zamanda müəllimlər, hərbçilər və digər peşə sahələri üçün də keçərlidir. Bundan başqa əgər özəl sektorda əməkhaqqı artacaqsa, bu da bütün dövlət qulluqçularının pensiyasına müsbət təsir edəcək. Yəni, pensiyalar hər il orta aylıq əməkhaqqı neçə faiz artırsa, o qədər artacaq. Digər tərəfdən bütün pensiyaların indeksləşdirilməsi tamamilə elektron olacaq ki, bu da insanları hər dəfə artım zamanı hansısa arayış almaq problemindən də xilas etmiş olacaq. Bir sözlə, pensiyaların indeksləşdirilməsi hər birimiz üçün vacib olan bir məqamdır”,- V.İskəndərov vurğulayıb.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır