Sentyabrın sonundan etibarən Misirdə rus rublundan istifadə mümkündür.
Axar.az xəbər verir ki, bu barədə Misir Mərkəzi Bankı məlumat verib.
Məlumata görə, rusiyalı turistlər sentyabrın sonundan etibarən Misirdə alış-verişlərini rublla ödəyə biləcəklər. Çünki ölkə rublu istifadə edilən valyutalar siyahısına daxil etmək niyyətindədir.
Onların fikrincə, bu qərar turist axınına müsbət təsir edəcək.