Azərbaycanda bu il iqtisadi artımın 5%-dən çox olması proqnozlaşdırılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb.
"Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib.
Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub" - M.Cabbarov deyib.