Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.
“Söhbət, ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir. Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır”, – deyə o bildirib.