Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən "Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu"nda deyib.
Nazir bildirib ki, Azərbaycan AİB-lə əməkdaşlığı yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sahələrdə islahatlar aparır və dövlət borcunun idarə olunması bu islahatların bir hissəsidir. Bu sahədə keçirilən islahatlar artıq nəticə verməyə başlayıb:
"Biz hökumətin Ümumi Daxili Məhsulda xarici valyutada payını 17 faizədək azaltmışıq. Bu gün Azərbaycanın xarici valyutada nominal borcu ölkənin ümumi gəlirlərinin beşdə bir hissəsini təşkil edir".
S.Şərifov əlavə edib ki, islahatların nəticəsi olaraq ölkədə makroiqtisadi mühit sabitləşib, iqtisadiyyat artım trayektoriyasına qayıdıb və qeyri-neft sektoru inkişaf edir.