Rusiyanın bank sistemi artıq 3-cü aydır ki, valyuta ehtiyatlarından istifadə edir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “Rayffayzenbank”ı yayıb. Bank iyul ayı ərzində Rusiya ərazisindəki bankların azad valyuta likvidliyinin 3,5 dəfə azaldığını bildirib. Belə ki, onların həcmi 6,3 milyar dollardan 1,8 milyard dollara düşüb.
Ümumilikdə isə ilin əvvəlindən Rusiyanın bank ehtiyatları 7 dəfə, 2014-cü ildən bu yana isə 26 dəfə azalıb. Banklarının ehtiyatının avqust-sentyabr aylarında tam məhv olacağı gözlənilir.
“Rayffayzenbank”ın analitiki Denis Porıvay bu pulları Rusiyanın elan edilməmiş rezervləri adlandırıb:
“Onlar rubl və maliyyə sistemi üçün təhlükəsizlik yastığıdırlar. Valyuta axını aşağı düşəndə banklar iqtisadiyyatın dollara tələbatını örtməklə ölkəyə kapital gətirmək imkanına sahib olurlar”.