İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda vətəndaşlarla görüşəcək.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, sabah nazir Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 654-42-23, (055) 235-01-81, elektron poçt ünvanı: ramal.ahmadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.