Azəriqaz bu ilin 6 ayı ərzində 35 yaşayış məntəqəsini təbii qazla təmin edib.
Azəriqaz İctimai Birliyindən Axar.az-a verilən məlumata görə, Birlik tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 954.3 km yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 98.1 km qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 35 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.