“Neftçi” legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Bildirək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.
Qeyd edək ki, daha öncə paytaxt təmsilçisinin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk da vəzifəsini tərk edib.