Milli.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının ilk turunda evdə "Kəpəz"ə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
O, tempin aşağı olmasını həm çempionatın ilk oyunu olması, həm də komandasındakı yorğunluqla əlaqələndirib: "Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik".
S.Abasov "Bu yeniyetmələrlə hara qədər gedəcəksiniz?" sualına belə cavab verib: "Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir. İndi hədəf harda danışmayacam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacam. Hər oyuna qələbə üçün köklənəcəyik".
Baş məşqçi klub prezidenti Riad Rəfiyevlə münasibətlərinin normal olduğunu qeyd edib: "Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Mən soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə aşırı kədərlənib. Mənim kədərlənməyə vaxtım yoxdur. Fikirləşmirəm ki, münasibətimiz pisdir".