Əfsanəvi boksçu Mayk Tayson idmançı Ceyk Polun döyüş çağırışına cavab verib.
Axar.az xəbər verir ki, bu barədə Tayson özünün sosial şəbəkə səhifəsində yazıb.
“Gerisayım başladı. 118 gün, 16 həftə, 2832 saat, 169 min dəqiqə, 10 milyon saniyə. Vaxt getdi”, - Tayson bildirib.
Qeyd edək ki, 57 yaşlı Mayk Tayson sonuncu dəfə rinqə 2020-ci ilin 28 noyabrında çıxmışdı.