“Köhlən atlılar” yeni mövsümdə də “Adidas”dan geyinəcək. Ev və səfər formaları ənənəvi olaraq qara və ağ rəngdədi. Komandanın üçüncü forması isə ağ və mavi rənglərdən ibarətdir.
Qeyd edək ki, “Qarabağ” 2023/24 mövsümündə həm Azərbaycan Premyer Liqası, həm də ölkə kubokunun qalibi adını qazanıb.