"Dörd həftə ərzində özümüzü toparlamağa, nə baş verdiyini, mövsümün necə keçdiyini düşünməyə vaxt tapdıq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" klubunun müdafiəçisi Çaba Şpandler deyib.
28 yaşlı futbolçu Azərbaycan klubuna rəqib olmalarını şərh edib: "Komanda şəklində oynasaq və keçənilki oyunumuzu göstərsək, böyük uğur qazana bilərik. Hələ rəqibi dərindən araşdırmamışıq, analiz etməmişik. "Sumqayıt"la ev matçından əvvəl bizi çempionatda "Keçskemet"ə qarşı oyun gözləyir. Hər 2 rəqiblə qarşılaşmanı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk görüş iyulun 25-də Azərbaycanda, cavab matçı isə iyulun 31-də Macarıstanda keçiriləcək.