“Qafqazinfo” xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb.
Heykəl futbolçunun 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirdiyi anı təsvir edir.
Həmin mundialın final görüşündə Niderland millisinə yeganə qolu vuran A. İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.
Qeyd edək ki, yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda çıxış edir.