Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, mərkəzi xəstəxanada elektrik enerjisi kəsilib.
Axar.az xəbər verir ki, sakinlər Report-a güclü ildırımdan sonra transformatorda qısapanma olduğu və fəsad yarandığını bildiriblər.
Qeyd edək ki, günorta saatlarından bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.