Bərdədə Ağdam rayon sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal Hüseynov saxlanılıb.
Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.