Bakının Sabunçu rayonun Nardaran qəsəbəsində qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb.
Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.