Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, B.Qasımova jurnalist Fərahim Qasımovun anasıdır.