Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.
Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.
Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.