Martın 1-də Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda diqqətçəkən qərar qəbul edilib.

 

Axar.az xəbər verir ki, bu haqda Musavat.com-a iş üzrə zərərçəkənlər məlumat veriblər.

Bildiriblər ki, xanım hakim xüsusilə külli miqdarda yəni - 2 milyon manata yaxın onlara maddi ziyan vurmaqda təqsirli bilinən və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Anar Pənahlının qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edib və 2 milyon manat maddi ziyan vurmuş şəxsi məhkəmə zalından azadığa buraxıb. Görünən budur ki, Anar Pənahlının azadlığa buraxılması zərərçəkən şəxslər arasında çox ciddi narazılıq yaradıb.

Xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan A.Pənahlı barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 - maddəsi ilə (xüsusilə külli miqdarda) dələduzluq cinayəti ilə bağlı cinayət işi istintaq olunub. İş üzrə Anar Pənahlı tərəfindən vətəndaşlara 2 milyon manata yaxın ziyan vurulmasına baxmayaraq həmin məbləğin vətəndaşlara qaytarılması təmin edilməyib.

Məlumata görə A.Pənahlı ötən ilin dekabrında Azərbaycandan Türkiyəyə gedərkən saxlanıb və istintaqa təhvil verilib. Xüsusilə külli miqdarda dələduzluq işində zərərçəkənlərin sayı 5-ə yaxındır. Onlar sırasında V.Həsənov, F.Qarayev, M.Hüseynli və digər şəxslər var. Belə iddialar var ki, xüsusilə külli miqdarda dələduzluğa görə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulan şəxsin həbsdən azadlığa buraxılması Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun şəxsi təşəbbüsü ilə gerçəkləşib. Bu iddiaya A.Qafarovun münasibətini almaq mümkün olmayıb.

Araşdırmalarımız zamanı belə bir faktla qarşılaşdıq ki, ötən ilin dekabrında hakim Günel Səmədovanın sədrliyi ilə oxşar qərar qəbul edilib. Hakim zərərçəkmiş Rahil Əsgərova qarşı 880 min manat dələduzluqda ittiham olunan şəxsin qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edərək, Ceyhun Zeynalovu 2023-cü il dekabrın 5-də məhkəmə zalından azad edib. Bu da ortaya belə bir sual çıxardır: Səbail Rayon Məhkəməsində külli miqdarda dələduzluq cinayətlərinə görə həbsə alınan şəxslərə xüsusilə loyal münasibətin səbəbi nədir?

A.Pənahlının cinayət işinə gəlincə isə, iş üzrə zərərçəkmiş tərəfin nümayəndələri Məhkəmə-Hüquq Şurasına, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər ali orqanlara bu barədə şikayət ünvanlayıblar.

20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü
21 Oktyabr 2024 Sumqayıtda əməliyyat: 72 yaşlı qadın saxlanıldı
18 Oktyabr 2024 Öldüyünü düşünüb ürəyini çıxarırdılar, dirildi
18 Oktyabr 2024 Sosioloqdan qalmaqallı təklif: "Spirtli içkilər ancaq kafe və restoranlarda satılsın"
18 Oktyabr 2024 Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı
16 Oktyabr 2024 Tovuzda 18 nəfər dönərdən zəhərləndi
14 Oktyabr 2024 Cəlilabad sakinlərindən odlu silahlar götürüldü
14 Oktyabr 2024 Səudiyyə vətəndaşları Oğuzda qəzaya düşdü: yaralılar var
14 Oktyabr 2024 Sabirabadda 135 minlik dələduzluq: saxlanılan var
11 Oktyabr 2024 Məhkəmədə şok ifadə: Öldürsək, mülkləri bizə qalacaqdı…
11 Oktyabr 2024 Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu
11 Oktyabr 2024 Qazaxda 18 tələbə dönərdən zəhərləndi - Yenilənib
10 Oktyabr 2024 Saxta 20 manat verdi, saxlanıldı
09 Oktyabr 2024 Azərbaycanlı iş adamı çayxanada güllələndi
08 Oktyabr 2024 Astaranın qaytarılmasını tələb etdi, həbs olundu
08 Oktyabr 2024 Bakıda fəhlə ölümü: Vəzifəli şəxsə cəza verildi
08 Oktyabr 2024 Hündürlükdən yıxılan kişi xəstəxanada öldü
08 Oktyabr 2024 Qadın qaynı tərəfindən bıçaqlandı