Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib.
O xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.