Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb.
Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov deyib.
O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi:
“Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
Qeyd edək ki, yanan avtomobil "Toyota Lənd Kruzer" markalı olub.