Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən kilidlənməsi nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, valideynlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideynləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə qapıları bağlanmış avtomobilin qapısını açaraq 2022-ci il təvəllüdlü uşağı xilas edərək ailəsinə təhvil veriblər.