Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında mübahisə nəticəsində onlar bir-birinə kəsici alətlə xəsarət yetiriblər.
Xəsarət alan - 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.