Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Həsən Hüseynov Bakı-Qazax magistralının 412-ci kilometrliyinin yaxınlığında yüksəkgərginlikli elektrik xətti üzrə dirəyə çıxıb. Nəticədə onu 10 min kilovatlıq cərəyan vurub. H.Hüseynov hadisə yerində yanaraq vəfat edib.
İlkin məlumatda bədbəxt hadisədə ölən oğlanda əqli gerilik müşahidə edildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.