Tiflisdə, "Afrika" adlanan ərazidə plastik məmulatlar istehsal edilən zavodun anbarında güclü yanğın baş verib.
Axar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.
Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağı bacarıb, qonşu binalara, digər müəssisələrə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.