2015-ci təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şagird Nəsimi rayoununda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.