Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.
Axar.az-ın məlumatına görə, hadisə rayon ərazisində keçirilən Yeni il şənliklərindən birində baş verib.
Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb.