Milli.Az publika.az-a istinadən xəbər verir ki, tibb işçiləri mərkəzi dəhlizdə canlı musiqi sədaları altında rəqs edərkən, tibb bacıları xəstəni sürüyüblər.
Bu barədə "news247.gr" portalı məlumat yayıb .
"Şənlik" dekabrın 20-də baş tutub, lakin buna reaksiya yalnız dekabrın 29-da axşam saatlarında müxalifət partiyası SIRIZA-dan olan deputat Pavlos Polakis "X" sosial şəbəkəsində video
Portalın məlumatına görə, bayramı videoda rəqs edən xəstəxana administratoru Elpiniki Tavianatu təşkil edib. Rəhbərlik 2023-cü illə vidalaşma şərəfinə mərkəzi binaya gəlmələri üçün yazılı və elektron dəvət göndərib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Maykl Xrizoxoidisin əmri ilə inzibati məmurların və işçilərin statusu haqqında məcəlləni pozduğuna görə xəstəxananın rəhbərinə qarşı intizam tənbehi aparılacaq.
Yunanıstan Qırmızı Xaç Cəmiyyəti xəstəxana ilə heç bir əlaqəsinin olmadığını bildirib.