Qusar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısını alıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan 1 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Ondan yüksək səs effekləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.