Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən 35 yaşlı Gülarə Quliyeva (şərti) məhkəmənin hökmü ilə 4 min manat cərimələnib.
Araşdırmalar zamanı məlum olub ki, G.Quliyeva 3 həmcinsinin pul qarşılığında əks-cins nümayəndələri ilə müxtəlif yerlərdə, xüsusilə hotellərdə görüşünü təşkil edib. O, təşkil etdiyi hər görüşə görə 100 manata qədər gəlir əldə edib.
Zərərçəkmiş şəxs qismində tanınmış 3 qadın məhkəmədə Gülarədən şikayətçi olmadıqlarını bildiriblər və ona yüngül cəza təyin edilməsini xahiş ediblər.