Dünən axşam saatlarında itkin düşdüyü deyilən gənc müəllim Araz Əliyevin həbs edildiyi məlum olub.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a A.Əliyevin həyat yoldaşı Gülarə İsmayılova məlumat verib.
O bildirib ki, Araz Əliyev dekabrın 23-də saat 17:00-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
A.Əliyev evdən çıxarkən tanışları ilə qısamüddətli görüşə getdiyini desə də, sonradan ondan xəbər çıxmayıb.
1994-cü il təvəllüdlü Araz Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Əliyev barəsində 25 sutka inzibati həbs qərarı çıxarılıb.